-->

"Aşk aşıkı sır eder, aslanı zencir eder, katı taşı mum eder.

Sevdiğiniz insanların sevgisini hissetmek, hayatımızı besleyen güneş gibidir.

Güzel bir gülü, güzel bir geceyi, güzel bir dostu herkes ister. Önemli olan gülü dikeniyle, geceyi gizemiyle, dostu tüm derdiyle sevebilmektir.

Bilgili insan güneşe benzer, girdiği yeri aydınlatır.

Kurnaz adamlar okumayı anlamsız bulur, basit insanlar hayran kalır, bilge kişilerse okuduklarından yararlanır.

Hayatta yalnız olan insanların bu dünyadan kopuk olduklarını düşünmeyin. Çok acı çeken insan, çok yaşamış demektir.

Dünyanın gördüğü her büyük başarı, önce bir hayaldi. En büyük çınar önce bir tohumdu, en büyük kuş önce bir yumurtada gizliydi.

Günün adamı olmaya çalışma, hakikatin adamı olmaya çalış. Çünkü gün değişir, hakikat değişmez.

Her çocuk bir bakıma bir dahi ve her dahi bir bakıma bir çocuktur.

Dünya dört şeyin üzerinde durur: Bilgelerin ilmi, yücelerin adaleti, haklıların duası ve yiğitlerin cesareti...

Sevgi sahiplenmez, özgürleştirir. Kelebeği avucunda tutmaz, uçmasına izin verir.

Sen Sen Ol Mutluyken Söz Verme, Üzgünken Cevap Verme, Öfkeliyken Karar Verme ...

Görmeden bakan, duymadan dinleyen, hissetmeden dokunan, düşünmeden konuşan, insanların uzaklaşın...

Yalandan kim ölmüş demeyin; Güven ölür, sevgi ölür, dostluk ölür...

Sevincin kapıları, acıların anahtarlarıyla açılır.

Her ne yapabilir ya da hayal edebilirsen, başla ! Cesaretin içinde deha, güç ve sihir vardır.

Bu akşam, TV'nizi açmayın ne olur? Elektrik icat edilmemiş gibi yaşayın bu akşam. Birbirinizle ilgilenin. Birbirinizi dinleyin. Uzaktaki bir arkadaşınızı arayın telefonla. Hatıralarınızı anın, gülün.

İnsan dünyaya sadece yemek, içmek, koynuna birini alıp yatmak için gelmiş olamazdı. Daha büyük ve insanca bir sebep lazımdı.

Bir çocuk, bir öğretmen, bir kitap ve bir kalem tüm dünyayı değiştirebilir.

Uçamıyorsan, koş; koşamıyorsan, yürü. Eğer yürüyemiyorsan, sürün; ama hareket etmeye devam et. Geleceğe ilerlemeyi sürdür.

Siz siz olun, Tutkularınızı, düşlerinizi, sevgilerinizi ve Yolculuklarınızı ertelemeyin; Çünkü dokunduğu her şeyi çürütür zaman. .

Ayın Sözü

" Başarıyı hedef alın, mükemmel olmayı değil. - Yanlış yapma hakkınızdan vazgeçmeyin; vazgeçerseniz yeni şeyler öğrenme ve gelişme olanağınızı kaybedersiniz."

-->

Ana dilinə aid şeirlər, 21 fevral Ana dili gunune aid seirler

,Ana dilinə aid şeirlər, 21 fevral Ana dili gunune aid seirler 2024, Ana dilinə aid şeirlər, 21 fevral Ana dili gunune aid seirler kısa, Ana dilinə aid şeirlər, 21 fevral Ana dili gunune aid seirler anlamlı
Adsense
Sponsor 2



Ana dilinə aid şeirlər, 21 fevral Ana dili gunune aid seirler

Ana Dilim Şeiri

Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən
Qəlbimə günəşin özüylə axdın.


Ana gözlərindən süzən nur kimi
Hopdun ürəyimə sən gilə-gilə,
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban anamın təbəssümüylə?!

Ucalır bağçadan bülbülün səsi,
Çay susur, əsməyir, çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi,
Bülbül də elə bil ötür bu dildə.

Yazar:  Nəbi Xəzri


Ana Dilim Şeiri

Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!

Yazar: Zaur Ustac


Ana Dili Şeiri

Dil açanda ilk dəfə ana söyləyərik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Yazar:  Bəxtiyar Vahabzadə


Ana Dilim Şeiri

Qalxıb Şahdağına söz istəyirəm, 
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir -
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim -
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur -
Öz ana dilini bilməyənlərə!

Mən qədim "Qarabağ şikəstəsi" yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm -
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz.
Füzuli şeirdə kimdir bilinməz -
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü -
Öz ana dilini bilməyənlərə!

Yad əllə bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin -
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi -
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm -
Öz ana dilini bilməyənlərə!

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə!

Birinə əslini danıb desələr,
Bu nifrət ölüncə ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər -
Öz ana dilini bilməyənlərə!

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beyin
Bu ana torpaqda fərari deyin -
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük olur.
Vicdan da, qeyrət də artıq yük olur -
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam -
Öz ana dilini bilməyənlərə!

Yazar: Tofiq Bayraq


Ana Dilim Şeiri

Bu dillə dünyaya açdım gözümü,
Bu dildə eşitdim Vətən sözünü.
Bu dildə tanıdım elə özümü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Həsənoğlu gözəl meyl oyatdı,
Nəsimi, Nəimi çox əziz tutdu.
Xətai bu dilli dövlət yaratdı.
Bu dil ana dilim, bu dil şip-şirin,
Öz dilim şirindi, öz dilim şirin.

Nəsimi, Füzuli sehirsə, sirsə,
Seyidi, Sabir sənətdə pirsə,
Üzeyir bu dildə mahnı deyirsə,
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə sevmişik eli-obanı,
Səməd Vurğun yazıb “Azərbaycan”ı,
Şəhriyar söylədi “Heydərbaba”nı.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə şəcərəm nəğmə oxuyub,
Babam sözlər ilə ilmə toxuyub,
Bu dilin sözləri cənnət qoxuyub.
Bu dil şeir dili Dədə Şəmşirin,
Bu dil ana dilim, bu dil şipşirin.

Nənələr bu dildə nağıl söyləyib,
Analar beşikdə laylalar deyib,
Bu dili yaradan şəkər eyləyib.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Müstəqil dövlətin dili bu dildi,
Bu dildə azadlıq sözü deyildi,
Bizi sevməyənlər çatladı, öldü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə yazarlar minlərdi, minlər,
Heç biri birindən geri deyillər,
Var olsun bu dilə mənim deyənlər.
Bu dil ana dilim, bu dil öz şirin,
Öz dilim şirindi, öz dilim şirin.

Yazar:


Ana dilim ölən deyil şeiri

Aylar ötür, il dəyişir,
Geden geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil!

Yazar: Vaqif Kəhrizli


  Axtarış sözləri:

Ana dilim şeirləri,ana diline aid seirler, 21 fevral ana dili gününə aid şeirlər Ana dili şeirləri,dil haqqında şeirlər,dil haqqında şeir, 21 fevral aid şeirlər, ana dili haqqında şeir, Ana dili seiri, anadilinə aid şeirlər,



Sponsor 3